"Neftçi"nin futbolçusu Qustavo Klisnmann "Qarabağ"la oyundan sonra Rekord.az-a müsahibə gverib:



- Komandanızın bugünkü oyununu necə qiymətləndirirsiniz?


- Qələbəni son dəqiqələrdə əldən versək də komanda yoldaşlarımın oyunundan və göstərdikləri əzmkarlıqdan qürur duyuram və məmnunam. Meydanda əlimizdən gələni etdik və yüksək mübarizə əzmi nümayiş etdirdik. Bu futboldur və belə hallar baş verir.


- Sizcə komandaya nə çatmadı?


- Oyunu təhlil etdikdən sonra çatışmazlıqlarımızı müəyyən edə biləcəyik.


- Ölkənin ən yaxşı komandalarından olan “Neftçi” son iki oyunda cəmi 2 xal qazanıb. Bunu qənaətbəxş nəticə hesab etmək olarmı?


- Bəli yaxşı oyun nümayiş etdirdik. Amma bir qədər daha yaxşı oynaya bilərdik.


- Azarkeşlərinizə nə demək istərdiniz?


- Onlar möhtəşəm idilər! Hamısına təşəkkür edirəm. Belə atmosferdə oynamaq inanılmaz dərəcədə xoş idi. Onlardan hər zaman bizi bu cür dəstəkləmələrini xahiş edirəm.


- İki qol vurdunuz. Sizin mövqedə çıxış edən futbolçu üçün hər oyunda qol vurmaq asan deyil. Bu qarşılaşmanı karyeranızın ən yaxşı oyunlarından biri hesab etmək olarmı?


- Düşünürəm ki, bəli. İki qol vurdum və yüksək səviyyəli oyun nümayiş etdirdim. Amma seçim imkanım olsaydı dublu yox,  komandamın qələbəsini seçərdim.