Azərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
- 18:00
- 35
Oktyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Sumo Federasiyasının prezidenti Hakuho Şo ilə görüşüb.
Rekord.az xəbər verir ki, görüşdə Azərbaycanda sumonun inkişaf perspektivləri, beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də bu idman növünün ölkəmizdə təşviqi və populyarlığının artırılması məsələləri müzakirə olunub.
Hakuho Şo sumo üzrə dünya çempionatının Azərbaycanda yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.