"Turan Tovuz" Azərbaycan Premyer Liqasında 50-ci məğlubiyyətini aldı
- 14:45
- 34
"Turan Tovuz" Azərbaycan Premyer Liqasında 50-ci məğlubiyyətini alıb.
Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Qərb təmsilçisinin VIII turda səfərdə "İmişli"yə uduzması (0:1) ilə gerçəkləşib.
Tovuz klubu 149-cu oyununda 50-yə çatıb. Məğlubiyyətlərdən 25-i evdə, 25-i səfərdə qeydə alınıb. "Turan Tovuz" 50 və daha çox oyunda uduzan 31-ci komandadır.
Qeyd edək ki, komandanın ilk məğlubiyyəti 2022-ci il avqustun 8-də "Qəbələ" ilə ev görüşündə qeydə alınıb – 0:2.