Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazandı
- 17:20
- 35
Azərbaycan ağırlıqqaldıranı Rahilə Hüseynzadə Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 94 kq çəkinin öhdəsindən gələrək ikinci olub. O, təkanla qaldırmada bürünc medala yiyələnib. İdmançı bu dəfə 115 kq nəticə göstərib. Beləliklə, 2 hərəkətin cəmində 209 kq nəticəyə imza atan atlet Avropa birinciliyinin gümüş medalına yiyələnib.
İdmançıların mükafatlandırma mərasimində AAF-nin vitse-prezidenti Firdovsi Umudov da iştirak edib.
Qeyd edək ki, baş məşqçi Sərdar Həsənov və böyük məşqçi Asif Məmmədovun rəhbərliyi altında Avropa birinciliyinə yollanan hər 3 idmançımız yarışı medallarla başa vurub. Buna qədər "körpücük" üzərinə çıxan Fuad Həsənov və Qasım İsmayılov da hərəyə 3 medal qazanmışdıılar
Beləliklə, Azərbaycan atletləri qitəmiqyaslı yarışda ümumilikdə 9 medal əldə ediblər.