“Sabah” - “Barselona” matçının biletləri satışa çıxarıldı
- 15:45
- 40
"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində İspaniyanın "Barselona" (Barcelona) klubu ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.
Rekord.azz xəbər verir ki, informasiyanı paytaxt təmsilçisinin mətbuat xidməti yayıb.
Matça bilet satışı iticket.az vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.