Azərbaycan Taekvondo Federasiyası dan imtahanı keçirib
- 16:30
- 42
Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində dan imtahanı keçirilib.
Rekord.az xəbər verir ki, bu barədə ATF-nin mətbuat xidməti məlumat yayıb.
Sınaq prosesinə 80 nəfər (54-ü I dan, 20-si II dan, 6-sı III dan) qatılıb.
İmtahanı qurumun texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol keçirib. Tədbirdə federasiyanın baş katibi Aygül Abdullayeva da iştirak edib.