
Zaur Axundov bu şəxsə hansı səlahiyyətlər verib?
- 28 May 2025 13:00
- 225
Millimizin sabiq üzvü Ceyhun Sultanov bundan sonra "Araz Naxçıvan"da idman direktoru kimi fəaliyyət göstərəcək.
Rekord.az-a daxil olan məlumata görə, klubun qeyri-rəsmi prezidenti Zaur Axundov ona böyük səlahiyyətlər verib.
Axundov hazırda rəsmi olaraq Naxçıvan Futbol Federasiyasının prezidenti kimi fəaliyyət göstərir. Bu səbəbdən vaxtının bir hissəsini də Naxçıvanda keçirməli olub. Bu baxımdan komandaya daha çox vaxt ayıra bilmir. Sultanovun təyinatı da məhz bu boşluğu doldurmağa hesablanıb. Veteran futbolçu həm transferlərə, həm də maliyyə məsələlərinə nəzarət edəcək. Belə deyək, hər qəpiyə görə onunla hesablaşılacaq, icazə alınacaq.