
"Zaqatala" sponsor tapıb, AFFA şərt qoyur
- 16 Mar 2021 15:00
- 827
"Zaqatala" sanballı sponsor tapıb.
Rekord.az xəbər verir ki, bu sponsor Rusiyada yaşayan iş adamıdır.
Burada diqqəti çəkən əsas məsələ AFFA-nın davranışıdır. “Zaqatala”nı himayəsinə götürmək niyyəti olan iş adamı klub elitada oynayacağı halda, 4 milyon manat büdcə ayıracağı ilə bağlı federasiyaya təminat verib. Amma qurumun planı tamamilə fərqlidir.
Əldə etdiyimiz məlumata görə, federasiya sponsordan tələb edib ki, “Zaqatala”da onların adamı rəhbər postda olmalıdır. Xüsusən də maliyyə məsələsi Bakıdan göndəriləcək şəgxsin nəzarətinə verilməlidir.
Amma sponsor bu şərti qəbul etməyib. Bildirib ki, AFFA-nın nəzarətində olan klublarda baş verən yeyintilərdən xəbərdardır.
Ona görə də ayırcağı vəsaitin taleyindən əminlik üçün klubda öz adamının olmasını istəyir. Sponsor bildirib ki, o, vəsaiti Zaqatala futbolunun inkişafı üçün ayrır, başqa bir məqsəd güdmür, buna ehtiyacı da yoxdur.
Məlumata görə, hələlik danışıqlar bu mərhələdə dayanıb. Ancaq hiss olunur ki, AFFA ya “Zaqatala”da öz adamının olmasını istəyir, ya da ciddi sponsor tapılmasına rəğmən, klubun elitaya buraxılmasına mane yaradacaq. (sportinfo.az)