Dambrauskas Norveç darmadağınına şərh verdi
- 02:53
- 34
"Sabah" komandası Norveçə yaxşı səviyyədə hazırlaşaraq gəlmişdi.
Rekord.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveç təmsilçisi "Vikinq"ə qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:
"Bura Çempionlar Liqasıdır və görüşlər çətin keçir. Biz Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik. İlk hissədə tamamilə bərabər səviyyədə oyun izlədik. Hər iki komanda əlinə düşən qol fürsətlərindən yararlandı. İkinci hissədə bir qədər açıq oyuna şahidlik etdik".
"Vikinq" - "Sabah" oyunu Norveç klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.