“Yuventus”un daha bir oyunçusu sıradan çıxıb.

Rekord.az xəbər verir ki, Leandro Paredes şənbə günü məşq zamanı zədə alıb.

Onun təxminən iki həftə oynaya bilməyəcəyi məlum olub. Argentinalı futbolçu turinlilərin sıralarına bu yay PSJ-dən keçib. Leandro cari mövsümdə ağ-qara formada 10 oyuna çıxıb.