
“Yuventus”da ayrılıq
- 06 İyn 2025 10:30
- 42
"Yuventus" futbolçusu Renato Veyqan ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Turin klubu icarəyə götürdüyü Renatonun birdəfəlik transferindən imtina edib.
21 yaşlı müdafiəçi müqavilə ilə məxsus olduğu "Çelsi"yə qayıdıb.
Veyqa ötən mövsüm 33 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.