"Yuventus"un yarımmüdafiəçisi Rolando Mandraqora "Fiorentina"ya keçib.

Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb.

Turin klubu italiyalı yarımmüdafiəçi üçün 8,2 milyon avro alacaq. Məbləğ üç mövsüm ərzində ödəniləcək. Futbolçu özü isə yeni klubu ilə 4+1 illik müqavilə bağlayıb.

Mandraqora ötən mövsüm icarə əsasında "Torino"da çıxış edib.