Millimiz Lixtenşteynə qalib gəldi
- 01:40
- 46
Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
Rekord.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz səfərdə Lixtenşteyn yığmasının qonağı olub.
Azərbaycan millisi turnirdə bundan əvvəl üç qarşılaşma keçirmişdi. Komandamız səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib, Bakıda həmin rəqib üzərində 1:0 hesablı qələbə qazanmışdı. Komandamız Lixtenşteynlə ilk görüşdə isə qolsuz heç-heçə etmişdi.
Bu nəticələrdən sonra Azərbaycan 5 xalla 2 qrupda lider idi. Litvanın 4, Lixtenşteynin isə 1 xalı vardı. Azərbaycan millisi məğlub olmadığı halda qrupdakı mövqeyini qoruyacaqdı. Komandamız səfər matçında qalib gəlməklə qrup liderliyini təmin edib.
UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup
13 noyabr
Lixtenşteyn – Azərbaycan 0:1
Qol: Mahir Emreli, 26.
Baş hakim: Kristo Tohver (Estoniya).
Vaduts, “Reynpark” stadionu.
Lixtenşteyn: 1. Benjamin Büxel (k), 3. Maks Göppel, 5. Severin Şlegel, 7. Fabio Luke-Notaro, 8. Aron Sele, 10. Marsel Büxel, 11. Alessandro Lo Russo, 14. Livio Meyer, 19. Emanuel Zünd, 20. Nikolas Hasler, 23. Yens Hofer.
Ehtiyat oyunçular: 12. Yustin Ospelt, 21. Tim-Tyado Oehri, 2. Niklas Bek, 4. Filipp Ospelt, 6. Andreas Malin, 9. Ferhat Sağlam, 13. Yonas Abidi, 15. Andrin Netser, 16. Bruno Poitner, 17. Liam Krans, 18. Manuel Mikus, 22. Florian Allqauer.
Baş məşqçi: Konrad Fünfştük.
Azərbaycan: 1. Emil Balayev, 2. Rəhman Daşdəmirov, 3. Rüfət Abbasov, 4. Rahil Məmmədov, 6. Abdulla Xaybullayev, 7. Toral Bayramov, 10. Mahir Emreli, 15. Bədavi Hüseynov (k), 18. Oruc Məmmədov, 20. Aleksey İsayev, 21. Qismət Alıyev.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Aydın Bayramov, 8. Emin Mahmudov, 9. Musa Qurbanlı, 11. Xəyal Əliyev, 13. Eşqin Əhmədov, 14. Elvin Bədəlov, 16. Emil Mustafayev, 17. Tellur Mütəllimov, 19. Rüfət Abdullazadə, 22. Ağadadaş Salyanski.
Baş məşqçi: Ayxan Abbasov.