Bu gün Yüksək Liqada mövsümün sonuncu - 20-ci turun oyunları keçiriləcək.


Rekord.az xəbər verir ki, sonuncu oyun başa çatdıqdan sonra mükafatlar təqdim olunacaq.


Turun bütün qarşılaşmaları Bakı İdman Sarayında baş tutacaq.


Şuşa – Yasamal Bakı

29 may. Bakı İdman Sarayı. Saat 13:30

Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, Nihad Bağırov

Hakim-inspektor: Füzuli Nəcəfov


Araz-Naxçıvan – U-19

29 may. Bakı İdman Sarayı. Saat 15:30

Hakimlər: Hidayət Feyzullayev, İmran Məhərrəmov, Bəxtiyar Osmanov

Hakim-inspektor: Elçin Səmədli


Baku Fire – Neftçi İK

29 may. Bakı İdman Sarayı. Saat 18:15

Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Hacıəli Ağayev

Hakim-inspektor: Murad Məmmədov