Yığmamız dünya kubokunda Litva ilə üz-üzə
- 14:00
- 35
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan dünya kubokunda bu gün növbəti matçını keçirəcək.
Rekord.az xəbər veri rki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv pley-in mərhələsində Litva ilə üz-üzə gələcək.
Qarşılşama saat 22:00-da start götürəcək.
Dünya kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və Polşanı (20:13) məğlub edib, Niderlanda isə uduzub - 13:19.