"Turan" Çempionlar Liqası oyununun biletlərini ödənişsiz təqdim edir
- 13:01
- 36
Qadın voleybolçulardan ibarət "Turan" klubu noyabrın 10-da Çempionlar Liqasında növbəti oyununa çıxacaq. "Rekord.az" xəbər verir ki, təmsilçimiz həmin 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmasında Bolqarıstanın "Maritsa Plovdiv" klubunu qəbul edəcək.
Bu oyun Tovuz Olimpiya İdman Kompleksində təşkil olunacaq və saat 18:00-da başlayacaq.
Qarşılaşmanın biletləri azarkeşlərə ödənişsiz təqdim edilir.
Saxta biletlərin hazırlanmasının qarşısını almaq məqsədilə onların üzərində xüsusi holoqram yerləşdiriləcək. Azarkeşlər biletləri Tovuz Olimpiya İdman Kompleksindən əldə edə bilərlər.
Qeyd edək ki, cütün ilk oyununda "Turan" 3:0 hesabı qalib gəlib. Tovuzdakı cavab matçında da qələbə qazanacağı təqdirdə komandamız Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək