“Kəpəz”dən Moldova yığmasına
- 16:40
- 32
"Kəpəz" PFK-nın yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına dəvət alıb.
Rekord.az xəbər verir ki, bununla bağlı kluba Moldova Futbol Federasiyasından rəsmi məktub gəlib.
Sənəddə qeyd edilir ki, Viktor Stina UEFA Millətlər Liqasının oyunlarında iştirak etmək üçün 9-17 noyabr aralığında yığmanın düşərgəsində olmalıdır.
Moldova yığması noyabrın 13-də doğma publika önündə Qazaxıstanı qəbul edəcək. Bundan 3 gün sonra isə səfərdə Farer adalarına qarşı oyun keçiriləcək.
UEFA Millətlər Liqasının "C" divizionunda mübarizə aparan Moldova milli komandası hazırda 4 xalla qrupda 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Viktor Stina yığmada keçirdiyi 34 oyunda 4 qol vurub.