SOCAR-dan AFFA-ya xüsusi nümayəndənin təyin olunması gözlənilir.

Rekord.az xəbəır verir ki, hazırda neft şirkətində bununla bağlı müzakirələr gedir.

Yeniliyin kökündə SOCAR-ın özündə aparılan islahatlar dayanır. Belə ki, qurumun idarəçiliyi yeni yaradılan Müşahidə Şurasına (MŞ) keçib.

MŞ təsis olunandan sonra SOCAR-da audit başlayıb və yoxlama sahəsinə futbol sektoruna ayrılan maliyyə kütləsinin araşdırılması da daxildir.

Bu da təbiidir. SOCAR 15 ilə yaxındır ki, AFFA-nın əsas himayədarıdır. Hər il buradan federasiyanın hesabına milyonlarla vəsait köçürülür. (sportinfo.az)