Braziliyanın “Palmeyras” klubunun 16 yaşlı hücumçusu Andrik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Rekord.az xəbər verir ki, “Arsenal” klubu futbolçunun xidmətində maraqlıdır.

Mənbənin məlumatına görə, “Arsenal” gənc braziliyalı futbolçu uğrunda “Real” və “Barselona” ilə yarışacaq.

Bundan əvvəl mətbuat Andrikə “Yuventus” və “Mançester Siti”nin də maraq göstərdiyini yazmışdı.

Keçən yay Andrik “Palmeyras”la ilk peşəkar müqaviləsini imzalayıb. Futbolçunun müqaviləsində 32 milyon avroluq sərbəst qalma maddəsinin olduğu bildirilir.

Braziliyada Andriki “Yeni Pele” və “Yeni Ronaldo” adlandırırlar.