Joao Feliş iş yerini dəyişməyi planlaşdırır.

Rekord.az xəbər verir ki, o, gələn ilin yanvarında “Atletiko”nu tərk etməyi düşünür.

Portuqaliyalı hücumçu oyun praktikası sarıdan əziyyət çəkdiyi üçün klubdan ayrılmaq niyyətindədi.

Son 4 oyunda meydanda cəmi 29 dəqiqə görünən 22 yaşlı Feliş bu mövsüm La Liqada 8 oyun keçirib və 3 məhsuldar ötürmə edib.