
Yamal dünyanın ən bahalı futbolçusu oldu
- 09 İyn 2025 21:00
- 30
“Barselona”nın futbolçusu Lamin Yamal dünyanın ən dəyərli futbolçusu olub.
Rekord.az xəbər verir ki, bu barədə “Transfermarkt” məlumat yayıb.
Son yenilənmələrə əsasən, 17 yaşlı oyunçunun bazar dəyəri 200 milyon avroya yüksəlib.
Yamal bu göstərici ilə Cud Bellingem (“Real”), Kilian Mbappe (PSJ) və Erlinq Haalandı (“Mançester Siti”) geridə qoyub. Həmin futbolçuların hər birinin dəyəri 180 milyon avro olaraq göstərilib.
Yamal geridə qalmış mövsümdə “Barselona”nın heyətində 55 matçda 18 qol vurub və 25 qolun ötürməsini verib. Onun klubla müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.