Region Liqasının 2022/2023 mövsümünün yeni iştirakçıları arasında «Xəzər Lənkəran 42» də var.

Rekord.az xəbər verir ki, Cənub bolgəsində mübarizə aparacaq debütantm qrup mərhələsində «Lerik», «Qobustan», «Ərkivan», «Zəfər 44» və «Neftçala» ilə üz-üzə gələcək.

Artıq komandanın ilk baş məşqçisinin kimliyi də məlumdur. Ağadadaş Həmidov sükan arxasına gətirilib.

Sözügedən şəxs yerli futbolsevərlərə yaxşı tanışdır. O. uzun illər «Xəzər Lənkəran»ın akademiyasında çalışıb. Həmçinin əsas komandanın Premyer Liqada son baş məşqçisi kimi tarixə düşüb.