"Xankəndi" komandasında yeni baş məşqçi təyinatı
- 14:00
- 38
Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Xankəndi" komandasında baş məşqçi təyinatı gerçəkləşib.
Rekord.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Klub Röyal Nəcəfovla müqavilə imzalayıb.
Anlaşmaya əsasən, mütəxəssis 2026/2027 mövsümün sonunadək bu vəzifəni icra edəcək. R.Nəcəfov bu postda Zaur Hacıyevi əvəzləyib.