Gültacdan Zaqreb qran-prisində bürünc medal
- 13:30
- 29
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə qran-pri turnirində Azərbaycan yığması ilk medalını qazanıb.
Rekord.az xəbər verir ki, Gültac Məmmədəliyeva üçüncü yer uğrunda görüşdə italiyalı İlariya Finestroneyə qalib gələrək turnirin bürünc medalına sahib olub.
Qeyd edək ki, yarışın ikinci günündə Azərbaycan millisinin heyətindən daha üç cüdoçu iki çəki dərəcəsində mübarizəyə qoşulacaq.
Qadınlar arasında -70 kq çəki dərəcəsində Südabə Ağayeva 1/16 finalda ukraynalı Olha Tsimko ilə qarşılaşacaq.
Kişilərin -73 kq çəki dərəcəsində isə Nəriman Mirzəyev 1/32 finalda finlandiyalı Valtteri Olinlə, Rüfət Şövlətov isə xorvatiyalı Luka Katiçlə üz-üzə gələcək.