“Kəpəz” və “Gəncəbasar”dan heç-heçə
- 15:30
- 27
Milli komandaların oyunları ərəfəsində yaranmış fasilədən istifadə edən "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama matçında üz-üzə gəliblər.
Rekord.az xəbər verir ki, Gəncə stadionunda baş tutan matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Premyer Liqa təmsilçisinin heyətində Kennet Kalunqa, 1-ci Liqa kolllektivində isə İlham Hüseynov fərqlənib.