"Turan Tovuz"un tovuzlu futbolçuları komandaya cəlb etmək istəyi haqda məlumat vermişdik ki, bu futbolçuların başında da Vurğun Hüseynov dururdu. Lakin Hüseynov Sumqayıtda qalmağı üstün tutub.

Rekord.az xəbər verir ki, 34 yaşlı müdafiəçiyə həqiqətən də "Turan Tovuz"da oynamaq təklif olunub.

Lakin təklif olunan maaş həddindən artıq aşağı olduğu üçün, futbolçu bu təklifi qəbul etməyib.