"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli "Qəbələ" ilə oyundan sonra jurnalistlər üçün mətbuat konfransı keçirdib.

Rekord.az xəbər verir ki, o, öncə oyunla bağlı fikirlərini bölüşüb: "Öncə azarkeşlərimizi təbrik edirəm. Bilirəm onlar da qələbə istəyir, amma biz də sıfırdan formalaşmış komandayıq. Oyunun çətin olcağını bilirdik, çünki "Qəbələ" yaxşı futbolçulara malikdir. Buna baxmayaraq bacardığımızıortaya qoyduq, əks-hücumlara çıxdıq. Baxmayaraq ki, qol buraxdıq, lakin ruhfdan düşməyib hedsabı bərabərləşdirdik.

- Bahadur Həziyevlə Kamal Mirzəyevi daha çox əsas heyət oyunçuları kimi tanısaq da, bu gün ehtiyatda idilər...

- İkisində də narahatlıq var idi. Bahadur, ümumiyyətlə zədəlidi və zədəsini tam sağaltmayıb. Ona görə riskə getmək istəmədik.

- Qurban da zədələndi və oyunu erkən tərk etdi. Onun durumu necədi?

- Bunu sabah Bakıdakı müyainədən sonra dəqiq bilə biləcəyik.

- "Qəbələ"dən alınan 1 xal sizə motivasiya verə bilər?

- Əlbəttə. Ümumiyyətlə bütün oyunlara biz tək xal yox, xallar üçün çıxırıq. Amma sanki bəzən bəxtsizlik də olur. Eyni zamanda diqqətli oyunamaq lazımdır ki, adi epizoddan qol buraxmayaq, səhv etməyək. Bununla belə, hər xal bizə motivasiya verir və irəli daha ümidlər baxırıq. Gənc futbolçularımız var, onların səhvlərini də anlayışla qarşılayırıq.

- Maraqlıdır ki, bugünkü oyunda səhvləri daha çox təcrübəli futbolçular etdi. Məsələn, Adil Nağıyev topu öz qapısına vurdu...

- Mən elə deməzdim. Futbol kollektiv oyundur, səhv olanda hamının burda payı olur. Adildən öncə daha irəli xətdə səhvlər oldu ki, o da gətrib o qola çıxardı. 

- Komandanız əzmkar oynasa da qol nöqtəsindəki təcrübəsizlik özünü göstərir. Legioner məsələsi yenidən gündəmə gələ bilər?

- Biz də istərdik ki, səviyyəli legionerlərimiz olsun, onların imkanlarından istifadə edib qol nöqtəsində çatışçayan son nöqtə problemini həll edək. Amma digər tərəfdən klunun strategiyası da var ki, yerlilərlər oynamalı,onların inkişafına nail olmalıyıq. Yəni o dediyiniz qol problemini yerli gəncləri daha da inkişaf etdirməklə həll edək. Amma bununla belə, legioner almayacağımızla bağlı qəti qərar yoxdur. Qışda bu məsələyə rəhbərlik səviyyəsində yenidən baxıla bilər. Qışdan sonra legioner ola da bilər, olmaya da.