
Volkovlu Gürcüstan millisindən heç-heçə
- 13:40
- 28
“Zirə”nin futbolçusu Davit Volkov Gürcüstan millisində növbəti oyuna çıxıb.
Rekord.az xəbər verir ki, Villi Sanyolun çalışdırdığı komanda Kabo Verde ilə yoldaşlıq matçında üz-üzə gəlib.
Kutaisidəki Ramaz Şengeliya adına stadionda keçirilən görüş heç-heçə başa çatıb - 1:1.
Oyunda hesabı gürcülər açıb. 45+1-ci dəqiqədə Saba Lobjanidze fərqlənib. Afrika təmsilçisi 80-ci dəqiqəqədə Rayan Mendesin penaltidən vurduğu qolla məğlubiyyətdən qaçıb.
Matça ehtiyatdan başlayan Davit Volkov isə 54-cü dəqiqədə Girogi Kvilitaianın əvəzinə meydana daxil olub.