
Volkan Dəmirəl Super Liqa klubunun baş məşqçisi oldu
- 2022-09-21 23:55
- 241
Türkiyənin “Hatayspor” klubunun yeni baş məşqçisi məlum olub.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Türkiyə millisinin keçmiş qapıçısı Volkan Dəmirələ tapşırılıb.
41 yaşlı mütəxəssislə bu gün 1+1 imzalanıb. Dəmirəl bu postda Sərkan Özbaltanı əvəzləyib.
Dəmirəl son olaraq “Fatih Karagümrük”ün baş məşqçisi olub.