Tanınmış voleybol mütəxəssisinə fəxri adı verildi
- 14:53
- 40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə bir qrup idmançının və idman mütəxəssisinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. "Rekord.az" xəbər verir ki, ölkə başçısı tanınmış voleybol mütəxəssisini də mükafatlandırıb.
Sərəncama əsasən, Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyliyə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib.