Məşhur stadionda təmir işləri aparılacaq
- 18:00
- 38
“Mançester Yunayted” yay aylarında “Old Trafford” stadionunda təmir işləri aparmağı planlaşdırır.
Rekord.az “Daily Mail”-ə istinadən xəbər verir ki, əsas məqsəd arenanın damında yaranan sızmaların aradan qaldırılmasıdır.
Bildirilir ki, təmir çərçivəsində drenaj sistemi yenilənəcək. Bu addım su axınlarının tutulmasının və yağış sularının damda yığılmasının qarşısını almağa xidmət edəcək. Bundan əlavə, stadionun ot örtüyündə əsaslı bərpa işləri aparılacaq, ehtiyat oyunçular oturacaqları isə UEFA-nın yeni tələblərinə uyğun şəkildə yenilənəcək.
“Mançester Yunayted” rəhbərliyi 100 min tamaşaçı tutumuna malik yeni stadionun inşası planlarından hələ də imtina etməyib. Bununla belə, klub arenanın bütün standartlara cavab verdiyinə əmin olmaq istəyir.
Son dövrlərdə “Old Trafford”la bağlı siçanların meydançada görünməsi, damdan su axması və mətbəx divarlarında yağ izləri kimi problemlər tez-tez gündəmə gəlir. Bu da stadionun texniki vəziyyətinin ciddi narahatlıq doğurduğunu göstərir.