“Arsenal” İngiltərə Liqa Kubokunun yarımfinalında
- 13:20
- 27
Londondakı "Emirates" stadionunda keçirilən İngiltərə Liqa Kubokunun dörddəbir final oyunu "Arsenal" və "Kristal Palas" arasında başa çatıb.
Rekord.az xəbər verir ki, əsas vaxt 1:1 hesabı ilə başa çatıb və "Arsenal" penaltilər seriyasında 8:7 hesabı ilə qalib gəlib.
"Arsenal" İngiltərə Liqa Kubokunun yarımfinalında "Çelsi" ilə, "Nyukasl Yunayted" isə "Mançester Siti" ilə qarşılaşacaq. Yarımfinalın ilk oyunları 12 yanvarda, cavab oyunları isə 2 fevralda keçiriləcək.
Turnirin hazırkı qalibi ötən mövsümün finalında "Liverpul"u 2:1 hesabı ilə məğlub edən "Nyukasl Yunayted"dir.