Millimizin üzvü meydandan qovuldu
- 14:20
- 32
Albaniya çempionatında 18-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüsal İsgəndərli ilə Zamiq Əliyevin komandaları da növbəti matçlarına çıxıblar.
Vüsallı “Partizani” evdə Tirana “Dinamo”su ilə qarşılaşıb və 1:3 hesabıyla uduzub. İsgəndərli 90 dəqiqə meydanda olub.
Zamiqli “Eqnatiya” isə səfərdə “Teuta” ilə üz-üzə gəlib və 1:0 hesablı qələbəyə sevinib. Əliyev start heyətdə başladığı bu matçın 78-ci dəqiqəsində sarı vərəqə alıb. O, 90+2-ci dəqiqədə daha bir sarı vərəqə aldıqdan sonra meydandan qovulub.
18 turdan sonra 37 xalı olan “Eqnatiya” vahid liderdir. “Partizani” isə 23 xalla 6-cıdır.