“Neftçi” ukraynalı müdafiəçi gətirir?
- 13:30
- 30
“Neftçi” heyətini əcnəbi oyunçu ilə gücləndirə bilər.
Rekord.az “TaToTake” portalına istinadən xəbər verir ki, “ağ-qaralar” Ukraynanın “Polesye” klubunun mərkəz müdafiəçi Danilo Beskorovaynı ilə maraqlanır.
Zədələr səbəbindən 26 yaşlı futbolçu bu mövsüm cəmi 4 oyun keçirib. Jitomir təmsilçisi onun üçün təklifləri qəbul etməyə hazırdır.
“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub artıq Beskorovaynı ilə işləmək təcrübəsinə malikdir. Ukraynalı müdafiəçi əvvəllər onun rəhbərliyi altında “Krivbass”da oynayıb.