Azərbaycanda idmançıları və idman mütəxəssisləri medal və fəxri adlarla təltif ediliblər.


Rekord.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.


Sərəncamla idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif ediliblər:


Abdullayev Yaqub Bəkir oğlu


Ağarəhimov Cahangir Ağababa oğlu


Aslanova Elmira Aydın qızı


Bayramov Cahangir Tofiq oğlu


Əliyev Coşqun Ceyhun oğlu


Hüseynov Fikrət Akif oğlu


Məhərrəmov Azər Asif oğlu


Məmmədov Eduard Tofiq oğlu


Musayeva Vəfa Təbriz qızı


Rəcəbov Nurəddin Rəcəb oğlu.


İdmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı şəxslərə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilsin:


Gözəlbəyli Zöhrab Katib oğlu


İmaməliyev Ələkbər Əbdülbağı oğlu


Qədimova İlahə Akif qızı


Mirəliyev Mövlud Mustafa oğlu.


İdmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilsin:


Əliyev Qərib Tələt oğlu


Həsənov Tərlan Əliheydər oğlu


Xudiyev Asim Xəlil oğlu.