2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının mükafat fondu açıqlanıb.


Rekord.az "CalcioFinanza"ya istinadən xəbər verir ki, turnir üçün ümumilikdə 727 milyon dollar mükafat ayrılacaq.


Dünya çempionu 50 milyon dollar qazanacaq. İkinci pillənin sahibi 33, üçüncü yeri tutacaq komanda isə 29 milyon dollar əldə edəcək. FIFA dördüncü pillənin sahibinə 27 milyon dollar mükafat ayıracaq.


Mundialda 1/4 finala vəsiqə qazananlar 19 milyon, 1/8 finalda iştirak edənlər 15 milyon dollar əldə edəcək. Qrup mərhələsini üçüncü sırada tamamlayanlar 11 milyon, dördüncü sırada bitirənlər isə 9 milyon dollar qazanacaq.


Bu, tarixdə ən yüksək pul mükafatının ayrıldığı dünya çempionatı olacaq.


Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada reallaşacaq.