"Sumqayıt"ın ilyarımdır zədəli futbolçusundan xəbər var
- 13:00
- 52
2024-cü ilin yayında ağır zədə alaraq yaşıl meydanlardan uzaq qalan "Sumqayıt"ın müdafiəçisi İsa Sulimandan xəbər var.
Rekord.az xəbər verir ki, pakistanlı futbolçu komandanın yanvardakı Türkiyə toplanışına qoşulacaq.
Lakin bu, hələ onda hər şeyin tam olaraq qaydasında olması anlamına gəlmir. Yalnız məşqlərə başlayandan sonra bilinəcək ki, zədəsi tam sağalıb, ya yox. Yenidən ağrı olarsa və yenidən düşərgəni tərk edərsə, böyük ehtimalla onunla yollar ayrılacaq. Heç bir ağrı olmasa, zədəsinin tam sağaldığı məlum olsa, komanda ilə yola davam edəcək.