"Karvan-Yevlax" komandasının qış təlim-məşq toplanışının detalları müəyyənləşib.


Rekord.az xəbər verir ki, komanda yanvarın 3-də Yevlaxda toplaşacaq.


Bölgə təmsilçisinin toplanışda 2 yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Artıq rəqiblərdən birinin adına aydınlıq gəlib.


Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv yanvarın 17-də Yevlaxda "Kəpəz"lə qarşılaşacaq. Digər rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.


"Karvan-Yevlax" 2026-ci ildə ilk rəsmi oyununu Misli Premyer Liqasının 17-ci turu çərçivəsində yanvarın 25-də səfərdə "Sabah" klubuna qarşı keçirəcək.