
Veteranlar bu şəxsi "Kəpəz" in baş məşqçisi görmək istəyir
- 29 May 2025 13:25
- 1099
Bu yaxınlarda bir qrup "Kəpəz" veteranı klubun yeni rəhbərliyi ilə görüşüb.
Rekord.az xəbər verir ki, görüş zamanı rəhbərlik veteranların təkliflərini öyrənib, onların klubun gələcəyi ilə bağlı istəklərini soruşub.
Daha sonra isə veteranlar müraciət hazırlayıb. Müraciətdə komandaya və yeni rəhbərliyə dəstək nümayiş olunub. Bu arada, "Kəpəz" veteranları klubun baş məşqçisi postunda gəncəli məşqçinin işləməsinin tərəfdarıdır. Onların konkret namizədi isə Mahmud Qurbanov du.