
"Verder" dünya çempionatının iştirakçısı ilə müqavilə bağladı
- 24 May 2023 16:00
- 362
Bremenin "Verder" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, bremenlilər "Fortuna"nın 26 yaşlı polşalı futbolçusu David Kovnaski ilə müqavilə bağlayıb.
Polşa millisinin heyətində DÇ-2018-in iştirakçısı olmuş Kovnaski iyulun 1-dən etibarən azad agent kimi "Verder"ə qoşulacaq.