“Hansı komandaya qarşı mübarizə aparacağımızı bilirik” - Zedadka
- 22:00
- 32
“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda, oktyabrın 20-də Dortmund “Borussiya”sını qəbul edəcək.
Rekord.az xəbər verir ki, qarşılaşmadan bir gün əvvəl “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Konfransda komandanın fransalı müdafiəçisi Akim Zedadka da fikirlərini bölüşüb:
“Bilirik ki, çətin oyun olacaq. Biz bütün oyunlarda qələbə qazanmaq istəyirik. Azarkeşlərimiz, ailələrimiz qarşısında çıxış edəcəyik. Amma həm də bilirik ki, hansı komandaya qarşı mübarizə aparacağıq”.
“Sabah” – “Borussiya” matçı saat 20:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.