Rusiyanın işğal planı çərçivəsində hazırda Ukraynada davam edən müharibə AFFA-nın da planlarına əməlli-başlı zərbə vurub.

Rekord.az xəbər verir ki, federasiya bu ölkədən qaraladığı bir neçə futbolçunu Azərbaycan millisinə dəvət etmək istəyir.

Məhz bu səbəbdən ilin əvvəllindən onlarla əlaqə saxlanılıb və aprel ayında millinin seleksioneri İlqar Qurbanov həmin futbolçuların oyunlarını izləmək və yerində danışıq aparmaq üçün Ukraynaya getməli idi. Lakin fevralda başlanan müharibə bütün planları pozdu. Çünki hazırda Ukraynada çempionatın dayanması bir yana, bu ölkəyə getməyin özü də xeyli çətindi.