
UEFA Türkiyə Futbol Federasiyasını cəzalandırdı
- 17 Okt 2022 20:40
- 482
UEFA Türkiyə Futbol Federasiyasını (TFF) cəzalandırıb.
Rekord.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Buna “ay-ulduzlular"ın İstanbulda Lüksemburqa qarşı keçirdiyi Millətlər Liqasının qrup mərhələsinin 5-ci tur oyununda yerli azarkeşlərin meydançaya yad əşyalar atması səbəb olub. Nəticədə TFF 25 000 avro cərimələnib. Bundan başqa, yığmanın növbəti matçında stadiona məhdud sayda tamaşaçı buraxılacaq.
Xatırladaq ki, Türkiyə - Lüksemburq görüşü 3:3 hesablı heç-heçə ilə başa çatıb.