
UEFA-nın dəstəyi ilə Bakıda məşqçi kursları keçiriləcək
- 10 İyn 2025 13:40
- 73
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə iyunun 18-dən 20-dək qitə futbol qurumunun “HatTrick” proqramı çərçivəsində Bakıda D kateqoriyalı məşqçi kursları keçiriləcək.
Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, kurs 3 günü əhatə edəcək.
Dərslər həm nəzəri, həm də praktiki hissədən ibarət olmaqla qurumun məşqçi kurslarının təlimatçıları tərəfindən AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunacaq.