
UEFA Millətlər Liqası: Yarımfinal mərhələsinə start verilir
- 04 İyn 2025 13:40
- 61
Bu gün UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Rekord.az xəbər verir ki, Almaniyada təşkil olunan raundun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Almaniya yığması Portuqaliya ilə üz-üzə gələcək. Görüş Münhendəki “Allianz Arena”da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Digər yarımfinal matçı sabah İspaniya və Fransa komandaları arasında baş tutacaq. Bu görüş “Ştutqart Arena”da keçiriləcək.