U-14 Liqasında pley-offun püşkü atıldı
- 19:30
- 36
AFFA U-14 Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Rekord.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbirdə 1/8 final mərhələsinin cütləri müəyyənləşib.
Həmçinin iştirakçı komandaların 1/4 və yarımfinaldakı potensial rəqibləri də bəlli olub.
1/8 final mərhələsinin ilk oyunları aprelin 25-26-da, cavab görüşləri isə ayın 28-29-da keçiriləcək.
1/8 final
“Neftçi” – “Araz Saatlı”
“Qarabağ” – “Baku Sportinq”
“UGİM Naxçıvan” – “Şamaxı”
“Astara” – “Ulduz” FA
“Metak” – “Gəncə”
“Turan Tovuz” – “Qəbələ”
“Sumqayıt” – “Şimal” RFF
“Sabah” – “Sumqayıt City”