
"Turan Tovuz" - "Səbail" matçında biabırçı hakim səhvi: heç sarı vərəqə də göstərmədi VİDEO
- 18 Okt 2022 13:00
- 698
Son turda daha bir biabırçı hakim səhvi Tovuzda qeydə alınıb.
Rekord.az xəbər verir ki, oyunun baş hakimi Kamal Umudlu bu matçda çox ciddi səhvi ilə yadda qalıb.
Referi 69-cu dəqiqədə qonaqların legioneri Franko Mazureki meydandan qovmağa cəsarət tapmayıb.
O, meydanın mərkəzində Turan Vəlizadənin ayağına qəsdən zərbə endirsə də, «fit sahibi» epizoda göz yumub, argepntinalı yarımmüdafiəçiyə adi sarı vərəqəni də göstərməyib.