"Turan Tovuz"da forma geyinən legionerlərin məskunlaşmaqla bağlı məsələsi tam həllini tapıb.

Rekord.az xəbər verir ki, ailəli futbolçular üçün rayonun müxtəlif istiqamətlərində evlər kirayələnib.

Futbolçulara seçim imkanı verilib, hər kəs bəyəndiyi evi seçib. Kirayə haqqını da klub ödəyəcək. Subay futbolçular isə klubun futbol akademiyasında qalacaq.