
“Turan Tovuz” doqquz futbolçu ilə yolları ayırdı
- 10 İyn 2025 17:00
- 72
"Turan Tovuz" bir neçə futbolçusu ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub doqquz oyunçu ilə vidalaşdığını bəyan edib. Bunlar müqavilə müddətləri başa çatan İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevdir.