Tovuz stadionunda işıqlandırma ilə bağlı işlərə də start verilib.

Rekord.az xəbər verir ki, artıq projektorlar və dirəklər Tovuz stadionuna gətirilib.

Mövsüm bitəndən sonra projektorların quraşdırılmasına başlanılacaq.  Lakin bunun üçün lentlər gətirilməli, transfarmator və generatorlar da hazır olmalıdır. Klubun mətbuat katibi Süleyman Tağıyevin saytımıza verdiyi məlumata görə, nöbəti mövsümün startına kimi bütün işlər görülüb təhvil veriləcək.